“Komo”nun idman direktoru Karlalberto Ludi Niko Pazın gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.
Presssport.az xəbər verir ki, Ludi argentinalı futbolçunun hazırda 100 faiz “Komo”nun futbolçusu olduğunu vurğulayıb.
İnformasiyanı “FootballTransfers” yayıb.
O, “Real Madrid”in Pazı geri qaytarmaq hüququnun olduğunu təsdiqləsə də, bunun yalnız gələcək transfer pəncərəsində istifadə edilə biləcəyini bildirib.
“Real Madrid”in Paz üçün geri alma bəndinin olduğu məlumdur. Məlumatlara görə, bu bəndin dəyəri təxminən 80 milyon avrodur və 2027-ci ilin yayında qüvvəyə minə bilər.
Ludi bildirib ki, hazırda klub Pazdan həzz almaq istəyir və onun gələcəyi ilə bağlı yaranan söz-söhbətlərə görə narahat deyil. O, mümkün transferin “Komo”nun gördüyü işin qarşılığını verən mühüm satış olacağını da qeyd edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC