Həm zədələndi, həm rekorda imza atdı

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 9-cu turunda “Maynts”la səfər matçında zədələnib.

 

Presssport.az xəbər verir ki, ayağından xəsarət alan qapıçı ilk hissədə əvəzlənib. Onun yerinə Yonas Urbiq meydana daxil olub.

 

Noyer həmçinin bu matçda “Bavariya”nın Bundesliqada meydana çıxan ən yaşlı futbolçusu rekordunu yeniləyib. O, 40 yaş 225 günlüyündə bu göstəriciyə nail olub. Əvvəlki rekord 40 yaş 198 günlüyündə meydana çıxmış Bernd Dreyerə məxsus idi.

 

Xatırladaq ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, klubla 13 dəfə Almaniya çempionu olub, 8 ölkə Superkuboku, 6 Almaniya kuboku, həmçinin iki dəfə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğu qazanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC