"Mançester Yunayted" onunla yollarını ayırır

İngiltərənin “Mançester Yunayted” klubu müdafiəçi Luk Şou ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır.

 

Presssport.az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano (Fabrizio Romano) yayıb.

 

Məlumata görə, “qırmızı şeytanlar” artıq 31 yaşlı futbolçu ilə vidalaşmaq ehtimalını nəzərdən keçirirlər. Tərəflər arasında hazırkı müqavilə 2027-ci ilin iyununda başa çatacaq və klubun yeni sözləşmə təklif etməsi gözlənilmir.

 

İngiltərəli müdafiəçi indiyədək komandanın heyətində 330 oyun keçirib, 5 qol vurub və 31 məhsuldar ötürmə verib.

 

Beləliklə, futbolçunun “Old Trafford”dakı 13 illik macərası mövsümün sonunda başa çata bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC