Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar

Azərbaycanın kayak və kanoeçiləri Batumidə beynəlxalq reqatanın mükafatçıları olublar.

 

Presssport.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə təşkil olunan beynəlxalq super sprint reqatası başa çatıb.

 

Azərbaycan Su İdmanı Federasiyasından Presssport.az-a verilən məlumata görə, ölkə idmançıları yarışda uğurlu nəticə əldə ediblər.

 

Super sprint qaydalarına əsasən 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçib.

 

Amil Ramazanov isə kayak qayığında yarışı ikinci yerdə tamamlayıb.

 

Beləliklə, idmançılarımız beynəlxalq reqatada 1 gümüş və 1 bürünc medal qazanıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC