"Liverpul" Nqumoa ilə bağlı bütün təklifləri rədd edəcək

“Liverpul”un yarımmüdafiəçisi Rio Nqumoa yanvar transfer dönəmində komandanı tərk etməyəcək.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar 18 yaşlı vingeri uzunmüddətli layihələrinin vacib hissəsi hesab edirlər. Bu səbəbdən, klub ona gələcək bütün təklifləri rədd etmək niyyətindədir.

 

Nqumoa ilə “Bayern”in maraqlandığı barədə xəbərlər yayılmışdı. O, 2025-ci ilin yayından “Liverpul”un əsas komandasında çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci il iyunun 30-da başa çatacaq.

 

İngiltərəli futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC