İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Çelsi”nin ulduzu Koul Palmeri noyabr ayındakı oyunlar üçün heyətə dəvət etməyib.
Presssport.az xəbər verir ki, informasiyanı “Reuters” yayıb.
Məlumata görə, 24 yaşlı futbolçu İngiltərə millisinin Xorvatiya və İspaniya ilə Millətlər Liqası matçlarını buraxacaq.
Palmer cari mövsümdə “Çelsi”nin heyətində 11 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Buna baxmayaraq, Tuxel əvvəlki toplanışda iştirak etməyən futbolçunu yenidən heyətə cəlb etməyib.
Almaniyalı mütəxəssis qərarını belə əsaslandırıb:
“Əvvəlki toplanışda iştirak edən və yaxşı çıxış edən futbolçular heyətdəki yerlərini qorumağa layiqdirlər”.
O, Palmerin milliyə qayıtmaq şansının qaldığını da vurğulayıb.
Qeyd edək ki, İngiltərə noyabrın 12-də Xorvatiyanı qəbul edəcək, noyabrın 15-də isə İspaniya ilə qarşılaşacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC