Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar

Azərbaycan idmançıları bədii üzgüçülük üzrə Macarıstan Kubokunda uğurlu çıxış ediblər.

 

Bu barədə Presssport.az-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

 

Turnirdə iştirak etmiş idmançılarımız qızıl medal qazanmağa nail olublar.

 

Belə ki, yeniyetmələr kateqoriyasında çıxış etmiş Emiliya Məmmədli və Tahirə Hüseynova fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.

 

Qeyd edək ki, yarışda Almaniya, Çexiya, Qazaxıstan, Macarıstan, Malta və Misir idmançıları da iştirak ediblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC