“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona” qış transfer dövründə müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Presssport.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sol ayaqla oynayan və sol mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu axtarışındadır.
“Barselona”nın üstünlük verdiyi variant icarə əsasında transfer və sonradan futbolçunun müqaviləsini almaq hüququdur. Bununla yanaşı, azad agent statusunda olan oyunçuların namizədliyi də nəzərdən keçiriləcək.
Bildirilir ki, tamhüquqlu transferin reallaşması üçün klub futbolçularından biri ilə yollarını ayırmalı olacaq. Kataloniya təmsilçisinin bahalı transferə və yüksək maaş tələb edən oyunçunun xidmətindən yararlanmağa maddi imkanı demək olar ki, yoxdur.
Daha əvvəl “Barselona”nın yanvarda Alexandro Balde və Jül Kunde ilə yollarını ayıra biləcəyi barədə xəbərlər yayılmışdı. Onların satışından əldə olunacaq vəsaitin heyətin gücləndirilməsinə yönəldilməsi mümkündür.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC