"Sabiq baş məqçimizin komandada əməyi çox olub, bunu inkar edə bilmərik" - Fərid adaşı haqda

“Fərid Namazovun komandada əməyi çox olub, bunu inkar edə bilmərik”.

Bu fikirləri Presssport.az-a açıqlayan “İmişli”nin yarımmüdafiəçisi Fərid Nəbiyev açıqlamasında komandasındakı baş məşqçi dəyişikliyindən danışıb.

7 turdan sonra imişlilərin aktivində cəmi 4 xal var idi ki, klub rəhbərliyi yay fasiləsində baş məşqçi postuna qaytardığı 34 yaşlı Fərid Nəbiyevlə yolların ayrılmasına qərar verdi.

Onun yerinə müvəqqəti təyin olunan, latviyalı köməkçisi olan Ervins Perkonsun gəlişindən sonra “İmişli” Premyer Liqada “Turan Tovuz”la “Şamaxı”nı, Azərbaycan kubokunda “Qaradağ Lökbatan”ı məğlub etdi, yalnız sonuncu oyunda “Kəpəz”ə uduzdu.

Görünən odur ki, latviyalı mütəxəssisin baş məşqçiliyi dövründə komandanın “ikinci nəfəsi açılıb”. Ya da bilmədiyimiz hansısa səbəblər var.

Nəbiyev yaranmış vəziyyəti təqvimlə əlaqələndirib: “Bunu təqvimin ağır olması ilə əlaqələndirirəm. Fərid müəllimin dönəmində ardıcıl iddialı rəqiblərlə qarşılaşmışdıq – “Zirə”, “Neftçi”, “Sabah”, “Qarabağ”. Nəticələr bəlkə də buna görə tam istədiyimiz kimi deyildi. İstənilən halda, bu, rəhbərliyin qərarıdır, qarışa bilmərik. Baş məşqçinin kimliyindən asılı olmayaraq, həm məşqlərdə, həm də oyunlarda işimizi görməyə çalışırıq”.

Maraq üçün bildirək ki, “İmişli” rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC