"Tottenhem" "Çelsi"nin istədiyi futbolçu üçün hərəkətə keçdi

"Tottenhem" "Çelsi" və "Borussiya"nın transfer siyahısında yer alan Luka Uillyams-Barnettlə bağlı qərarını verib.

 

Presssport.az xəbər verir ki, Premyer Liqa klubu ingiltərəli yarımmüdafiəçinin müqaviləsinin müddətini artıracaq. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

 

Klub artıq 18 yaşlı futbolçu ilə yeni sözləşmə üçün danışıqlara başlayıb. Baş məşqçi Roberto De Zerbi gənc hücumameyilli yarımmüdafiəçisi daha çox oyun şansı verməyi düşünür.

 

Qeyd edək ki, Luka Uillyams-Barnet "Tottenhem"in yetirməsidir. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC