PSJ "Fənərbağça"nın ulduzunu istəyir

Fransanın PSJ klubu "Fənərbağça"nın ingiltərəli futbolçusu Meyson Qrinvudu transfer etmək istəyir.

 

Presssport.az xəbər verir ki, informasiyanı "433 Foot" (433) yayıb.

 

Paris təmsilçisi Xviça Kvaratsxeliya və Dezire Due zədələndikdən sonra yanvar ayında cinah hücumçusu transfer etməyi planlaşdırır. Bu səbəbdən 25 yaşlı ingiltərəli futbolçu da klubun transfer hədəfləri arasına düşüb.

 

Bununla belə, PSJ-nin baş məşqçisi Luis Enrikenin Qrinvudun öz sistemində tələb olunan müdafiə töhfəsini və meydandakı fəallığını göstərə biləcəyinə şübhə ilə yanaşdığı iddia olunur.

 

Qeyd edək ki, Meyson Qrinvud 2026/27 mövsümündə "Fənərbağça"nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb. İngiltərəli hücumçu bu qarşılaşmalarda 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC