“Araz-Naxçıvan”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün hakimlikdə yeni oyun qaydaları ilə bağlı seminar keçirilib.
Presssport.az xəbər verir ki, seminar AFFA-nın Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və komitənin təhsil məsələləri üzrə eksperti, sabiq FIFA referisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.
Seminar zamanı komitə əməkdaşları tərəfindən hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, oyunlar zamanı verilmiş səhv qərarları əks etdirən videoçarx nümayiş etdirilib.
Yekunda futbolçu və məşqçi heyətini maraqlandıran suallar cavablandırılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC