Vinisius Junior "Real"ın əfsanəvi oyunçusu Ferents Puşkaşın nailiyyətini təkrarlayıb

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior Madrid təmsilçisinin əfsanəvi oyunçusu Ferents Puşkaşın nailiyyətini təkrarlayıb.

 

Presssport.az-ın məlumatına görə, 26 yaşlı vinger buna Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının (ÇL) oyununda fərqlənməklə nail olub.

 

Braziliyalı oyunçu "kral klubu"nun heyətində qitənin bir nömrəli klub turnirində 35-ci qoluna imza atıb.

 

Beləliklə, Vinisius Junior Ferents Puşkaşın "Real" forması ilə ÇL-dəki qol sayına çatıb.

 

Siyahının ilk pillələrində Kriştianu Ronaldu (105 qol), Kərim Benzema (78), Raul Qonsales və Alfredo di Stefano (49) qərarlaşıblar.

 

Xatırladaq ki, 2018-ci ildən "Real"da çıxış edən Braziliya millisinin üzvü komanda ilə 14 titul qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC