İvan Perişiç UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

Niderlandın PSV klubunun yarımmüdafiəçisi İvan Perişiç UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur.

 

Presssport.az "Opta"ya istinadən xəbər verir ki, oyunçu buna İspaniyada "Real"a qarşı keçirdikləri Liqa mərhələsinin V turunun matçında nail olub.

 

Xorvatiyalı futbolçu 37 yaş 295 günündə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Perişiç həm də ÇL-də "Real"la qarşılaşmada fərqlənən ən yaşlı oyunçu kimi də tarixə düşüb.

Xatırladaq ki, PSV sözügedən görüşdə rəqibinə 1:5 hesabı ilə uduzub.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC