PSJ Alberto Moleyro ilə maraqlanır

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Vilyarreal"ın futbolçusu Alberto Moleyro ilə maraqlanır.

 

Presssport.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə çempionu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.

 

Paris klubunun iki cinah oyunçusu - Dezire Due və Xviça Kvaratsxeliya zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Bunu nəzərə alan PSJ rəhbərliyi sol cinah oyunçusu kimi də çıxış edə bilən Alberto Moleyronu mümkün transfer siyahısına daxil edib.

 

Xatırladaq ki, oyunçunun "Vilyarreal"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC