“Tottenhem” akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqaviləyə imza atıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. “Tottenhem” onunla uzunmüddətli anlaşma əldə olunduğunu bildirib.
Uilyams-Barnett cari mövsümdə 5 oyun keçirib. O, son olaraq “İpsviç”lə matçda fərqlənərək klubun əsas komandasında özünü göstərib.
Qeyd edək ki, Premyer Liqada 11 turdan sonra 15 xal toplayan “Tottenhem” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC