"Qarabağ" xanımlara jest etdi

"Qarabağ" klubu xanım azarkeşlərin komandanın növbəti ev qarşılaşmasını ödənişsiz izləməsinə şərait yaradacaq.

 

Presssport.az xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"la üz-üzə gələcək Ağdam klubuna dəstək olmaq istəyən xanımlar QR biletləri pulsuz əldə edə biləcəklər.

 

Biletlərin paylanmasına noyabrın 26-da başlanılacaq. Bilet əldə etmək istəyənlər şəxsiyyət vəsiqəsi ilə aşağıdakı məntəqələrə yaxınlaşa bilərlər:

 

Heydər Əliyev Sarayının kassası;

 

28 Mall ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən Fan Store.

 

Bundan əlavə, QR biletləri oyun günü "Azersun Arena"nın kassasından da əldə etmək mümkün olacaq.

 

Qeyd edək ki, stadiona giriş yalnız QR biletlər vasitəsilə həyata keçiriləcək. "Qarabağ" - "Sumqayıt" qarşılaşması noyabrın 29-da "Azersun Arena"da keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC