Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, təmsilçimiz yarımfinalda Fransa təmsilçisi Sedrik Revola qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə Fransisko Qarriqosla (İspaniya) üz-üzə gələcək.
Eyni çəkidə yer alan Turan Bayramo bürünc medal uğrunda qarşılaşmada Salih Yıldızın (Türkiyə) müqavimətini qırmağa çalışacaq.
Aydan Vəliyeva (52 kq) də 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Bu gün tatamiyə çıxan digər 4 idmançı isə medal şanslarını itirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC