AFFA tərəfindən UEFA-nın Elit-məşq layihəsinin regionlarda fəaliyyət göstərən məşqçiləri üçün seminar keçirilib.
Presssport.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan seminara Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov başçılıq edib.
Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç ilk iki gündə UEFA nümayəndəsi kimi təlim-məşq toplanışında iştirak edib. O, Hüseynovla birlikdə regionlardan gələn məşqçilərlə Azərbaycan futbolunun gələcək inkişafı haqqında müzakirə aparıb. Açimoviç UEFA-nın gələcəkdə Azərbaycanda keçirilən Elit-məşq layihəsinə dəstək verməkdə davam edəcəyini bildirib.
Elit-məşqin son günündə layihədə iştirak edən futbolçular arasında ikitərəfli oyun keçirilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC