“Şamaxı” Lökbatan Olimpiya İdman Kompleksinin (OİK) stadionuna dəymiş zərəri ödəyəcək.
Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, keçən gün I Liqanın XXXVI turunda “Qaradağ Lökbatan” evdə Şamaxının eyniadlı təmsilçisi ilə qarşılaşıb. Oyun zamanı qonaq azarkeşlər tərəfindən stadionda 3 oturacağın sındırılması, həmçinin futbolçuların paltardəyişmə otağında 1 qapının yararsız hala salınması baş verib. Buna görə stadiona dəymiş zərərin “Şamaxı” tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb. Klub bununla yanaşı, oyunda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 150 manat cərimələnib. Bölgə təmsilçisi həmçinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 70 manat ziyana düşüb.
Qurum “Qaradağ Lökbatan”ı da cəzalandırıb. Belə ki, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Lökbatan təmsilçisi 80 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC