Güləş üzrə məktəblilərin Respublika çempionatında növbəti qaliblər müəyyənləşib

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda güləş üzrə məktəblilərin Respublika çempionatı davam edir.

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla ilk dəfə keçirilən birinciliyin son günündə yunan-Roma güləşi üzrə 38, 44, 52, 62 və 75 kq-da qaliblər müəyyənləşib.

Qeyd edək ki, yekunda Sumqayıt (170) komanda hesabında birinci, Sabunçu (74) ikinci, Binəqədi (70) isə üçüncü yeri tutub.

38 kq

1. Əli Cavadlı (Binəqədi)

2. Yusif Mehtiyev (Sumqayıt)

3. Azər Teymurov (Masallı), Uğur Hacıyev (Şəmkir)

44 kq

1. Təbriz Nəsirov (Suraxanı)

2. Vəkil Bəşirov (Sumqayıt)

3. Abdulla Hacıağayev (Qusar), Ruslan Əhmədli (Sabirabad)

52 kq

1. Eldəniz Allahverdiyev (Suraxanı)

2. Orxan Mustafayev (Sumqayıt)

3. İbrahim Babayev (Qusar), İbrahim Məmmədzadə (Göyçay)

62 kq

1. Sabir Rzayev (Şəmkir, ROİL)

2. Süleyman Verdiyev (Sabunçu)

3. Adnan Ağakərimli (Sumqayıt), Emil Aydınbəyov (Qusar)

75 kq

1. Yaşar Məmmədov (Yasamal)

2. Zəka Yusubov (Sabunçu)

3. Mübariz İbrahimli (Sumqayıt), Ayaz Cavadov (Masallı)

Yekunda Sumqayıt (170) komanda hesabında 1-ci, Sabunçu (74) 2-ci, Binəqədi (70) isə 3-cü yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC