Azərbaycan çövkən üzrə 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edib-etməyəcəyi ilə məsələyə sabah aydınlıq gələcək.
Presssport.az xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev jurnalsitlərə açıqlamasında deyib
Onun sözlərinə görə, bu məsələyə sabah baxılacaq: "Federasiyamızda regional komitələr fəaliyyət göstərir. Onların hər birinin sədri var. Bu şəxslər həmin regionda baş tutacaq bütün məsələlərə cavabdehdi. Sabah Assambleyanın ikinci günüdür. Əsas mövzumuz, təbii ki, qitə çempionatları olacaq. Azərbaycan tərəfi Avropa çempionatına maraq göstərərsə, buna müsbət yanaşılacaq".
Xatırladaq ki, çövkən üzrə ilk dünya çempionatı ölkəmizə keçirilərək, bu gün Bakıda startı verilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC