"Sumqayıt"da 3-cü gediş - yenə legioner

"Sumqayıt" legioneri Abu Dosso ilə yolları ayırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin müddəti başa çatıb.

Rəhbərlik Fil Dişi Sahilindən olan 28 yaşlı futbolçu ilə yeni müqavilə bağlamayıb.

Dosso ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Sol cinah müdafiəçisi müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçı olmaqla ümumilikdə 32 oyunda iştirak edib, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” mövsüm bitəndən sonra qapıçı Orxan Sadıqlı və estoniyalı hücumçu Erik Sorqayla vidalaşıb. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC