Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 11 turda 8,5 xal toplayaraq 3-cü yeri tutub.
Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyib.
İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.
Xatırladaq ki, Ayan ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC