Almaniyada təşkil olunan AVRO-2024-ün final matçından sonra İspaniya yığmasının futbolçusu Lamin Yamal xüsusi mükafata layiq görülüb.
Presssport.az xəbər verir ki, sağ cinah yarımmüdafiəçisi turnirin ən yaxşı gənc oyunçusu seçilib.
Finaldan 1 gün əvvəl 17 yaşı tamam olan Lamin AVRO-2024-də millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O, bu oyunların 6-da start heyətində yer alıb, yalnız qrup mərhələsinin III turunda Albaniya yığmasıyla görüşdə sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. İngiltərə millisiylə final matçının 47-ci dəqiqəsində məhz Yamalın məhsuldar ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.
Xatırladaq ki, ispanlar finalda 2:1 hesablı qələbə qazanaraq 4-cü dəfə Avropa çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC