"Sabah"ın rəqibi keçmiş futbolçusunu qaytarır - İsrail millisinin üzvüdü

Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olan “Makkabi” İsrail millisinin futbolçusunu transfer etmək istəyir.

Presssport.az xəbər verir ki, Hayfa təmsilçisi BƏƏ-nin "Əl-Əyn" klubunda oynayan Omer Atzilinin xidmətində maraqlıdı.

Komandanın baş məşqçisi Barak Baxar "Makkabi"nin sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Onun "Sabah"la oyunlara kimi transfer ediləcəyi və sifariş ərizəsinə daxil olunacağı gözlənilir.

30 yaşlı futbolçu 2021-23-cü illərdə Hayfa “Makkabi”sində oynayıb.

Xatırladaq ki, "Sabah"ın “Makkabi” ilə ilk oyunu iyulun 25-də Macarıstanda, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC