Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Pressspory.a xəbər verir ki, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.
Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2 (12:21, 14:21).
Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.
Xatırladaq ki, bunadək qadın badmintoçumuz Keişa Fatimə Zəhra da mübarizəni dayandırmışdı.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC