Sumqayıtda seçmə xarakterli voleybol məşqləri keçirilib

Sumqayıtda 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçu oğlanlardan ibarət yığma komandaların formalaşdırılması üçün təşkil olunan seçmə xarakterli məşqlər keçirilib.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3 və 4-də Sumqayıt OİK-də yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən seçmə xarakterli məşqlər keçirilib.

Məşqlərdə 15 idmançı iştirak edib. “Sumqayıt RVK”nın, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçularının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Onu da bildirək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC