UEFA Millətlər Liqasında III tur bitdi: Ronaldo qol vurdu, Portuqaliya qazandı

Bu gün UEFA Millətlər Liqasında III tura yekun vurulub.

Presssport.az xəbər verir ki, son gündə 8 matç keçirilib.

Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya Polşa səfərindən qələbəyə dönür. Ronaldo millidə növbəti qoluna imza atmasıyla yadda qalıb.

Son Avropa çempionu olan İspaniya Danimarkanı evdə çətinliklə məğlub edib.

III qrupda isə hər 2 matçın qolsuz başa çatması diqqət çəkib. 

UEFA Millətlər Liqası, 3-cü tur

12 oktyabr

A Liqası

1-ci qrup

20:00 Xorvatiya – Şotlandiya - 2:1

Qollar: Matanoviç, 36, Kramariç, 70 - Kriste, 33

22:45 Polşa – Portuqaliya - 1:3

Qollar: Zelinski, 78 - Silva, 26, Ronaldo, 37, Bednarek, 88-avtoqol

Xallar: Portuqaliya – 9, Xorvatiya – 6, Polşa – 3, Şotlandiya – 0

4-cü qrup

22:45 Serbiya – İsveçrə - 2:0

Qollar: Elvedi, 45+1-avtoqol, Mitroviç, 61

22:45 İspaniya – Danimarka - 1:0

Qollar: Zubimendi, 79

Xallar: İspaniya – 7, Danimarka, 6, Serbiya – 4, İsveçrə – 0

C Liqası

2-ci qrup

17:00 Litva – Kosovo - 1:2

Qollar: Qolubiçkas, 84 - Zeqrova, 20, Krasniqi, 65

22:45 Kipr – Rumıniya - 0:3

Qollar: Men, 16, Marin, 25-pen; Draquşin, 36

Xallar: Rumıniya – 9, Kosovo – 6, Kipr – 3, Litva – 0

3-cü qrup

20:00 Bolqarıstan – Lüksemburq - 0:0

22:45 Belarus – Şimali İrlandiya - 0:0

Xallar: Belarus – 5, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Lüksemburq – 1

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC