"Qarabağ"ın və millimizin kapitanı Bədavi Hüseynov üç həftə yaşıl meydandan kənarda qalacaq.
Bu barədə Presssport.az-a məlumat verən Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.
Belə ki, Bədavi millimizin səfərdə İsveç yığmasına 0:6 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxaraq fasilədə əvəzlənib.
Beləliklə, 33 yaşlı Hüseynov bu müddətdə daxili yarışlarla yanaşı, Avropa Liqasının Liqa mərhələsində bu il üçün qalan 2 matçda - "Lion"la Bakıdakı, "Elfsforq"la İsveçdəki görüşdə də meydana çıxa bilməyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC