İsveç yığmasının futbolçusu Viktor Dyekereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
Presssport.az xəbər verir ki, 26 yaşlı hücumçu buna həmin oyunda poker etməklə nail olub.
Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən Viktor 12 ildən sonra millisində bir görüşdə 4 qol vuran ilk oyunçudu.
Onu da bildirək ki, artıq futbolçu karyerasını bitirən 43 yaşlı İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq görüşündə 4 dəfə fərqlənib. O, 2004-cü ildəsə Malta yığması ilə DÇ-2006-nın seçmə mərhələsinin matçında eyni uğura imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC