"Sabah" yenidən rusiyalı baş məşqçi gətirir?

“Sabah” bu gün yollarını ayırdığı  Krunoslav Renduliçin yerinə baş məşqçi rusiyalı mütəxəssis gətirmək fikrindədi.

Presssport.azxəbər verir ki, Rusiyanın "legalbet" saytının yazdığına görə, Bakı təmsilçisi millisinin sabiq futbolçusu Vasili Berezutski ilə danışıqlar aparır. 

42 yaşlı bu mütəxəssis hazırda Çinin "Şanxay Şenxua" klubunda həmyerlisi Leonid Slutskinin köməkçisi işləyir. Razılıq olarsa, Slutskinin Berezutkisini buraxacağı bildirilir.

O da qeyd olunur ki, “Sabah” indiyədək baş məşqçi vəzifəsində işləməyən Berezutskinin təyinatında riskə getmək istəyir. Masazır klubu bu xəbərlərə münasibət bildirməyib. 

Berezutkski buna qədər MOİK-də Viktor Qonçarenko və Aleksey Berezutskinin, eləcə də "Krasnodar"da Qonçarenkonun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, indiyədək "Sabah"da bir rusiyalı məşqçi - Murad Musayev də işləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC