Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 26-dan dekabrın 3-dək Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olacaq.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Hazırlıq çərçivəsində noyabrın 28-də FİŞT Olimpiya Stadionunda, dekabrın 2-də isə "Soçi" klubunun Məşq Bazasında Rusiya yığması ilə yoldaşlıq görüşü keçirəcək yığmamızın heyəti açıqlanıb:
Qapıçılar: Aytac Şərifova ("Hakkarigücü", Türkiyə), Günay İsmayılova ("Neftçi"),
Müdafiəçilər: Nigar Mirzəliyeva ("Zenit", Rusiya), Manə Mollayeva, Fidan Cəfərova, Ayşən Salamzadə (hamısı "Neftçi"), Kamilla Məmmədova ("Okjetpes", Qazaxıstan), Jalə Məhsimova ("Bəylərbəyi Spor", Türkiyə), Alina Dorofeyeva ("Yenisey", Rusiya), Ayşən Əhmədova ("Krılya Sovetov", Rusiya), Milana Rəhimova ("Ünyespor", Türkiyə), Vüsalə Hacıyeva ("Ünyespor", Türkiyə), Aysun Muradova ("Gölbaşı Bələdiyyə Spor", Türkiyə)
Yarımmüdafiəçilər: Vüsalə Seyfəddinova,, Firəngiz Teymurova, Coşqunə Əliyeva (hamısı "Neftçi"), Sevinc Cəfərzadə ("Krasnodar", Rusiya), Kristina Bakarandze ("Qalatasaray", Türkiyə), Diana Məmmədova ("Yenisey", Rusiya)
Hücumçular: Aysun Əliyeva ("Neftçi"), Fatimeyi Zəhra Hüseynli ("Dirçəliş"), Sevinc Fəttazadə ("Neftçi").
Xatırladaq ki, Rusiya ilə hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC