“Sabah” baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 49 yaşlı xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Masazır təmsilçisi bu ilin martında “sükanı arxası”n gətirdiyi və həmin mövsümün sonunda bürünc medal qazandıran Renduliçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
“Sabah” Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdə qərarlaşıb. Bakı klubu son turda "Turan Tovuz"la səfərdə heç-heçə edib - 1:1.
Xatırladaq ki, bu, cari mövsümdə 5-ci baş məşqçi istefasıdı. Bunadək “Kəpəz”fə Adil Şükürovun, "Neftçi"də ukraynalı Roman Qriqorçukun, “Sumqayıt”da Samir Abasovun və “Səbail”də Şahin Diniyevin gedişi olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC