"Çelsi" millimizə 4 qol vuran hücumçuya görə 85 minyon avro ödəməyə hazırdı

Avropanın nəhəng klublarının transfer siyahısından olan "Sportinq"in hücumçusu Viktor Qyökereşə daha bir müştəri çıxıb.

Presssport.az xəbər verir ki, "Çelsi" İsveç millisinin üzvünü transfer etmək istəyir. 

Özü də London klubunun transfer yarışında daha şansı olduğu bildirilir. Belə ki, "Çelsi" yanvarda Qyökereş üçün "Sportinq"ə 85 milyon avro ödəməyə hazırdı. "Zadəganlar" 26 yaşlı forvardı qışda transfer edib onu mövsümün sonuna kimi hazırkı klubuna icarəyə verməyi planlaşdırır.

Onu da bildirək ki, Lissabon təmsilçisi Qyökereşi ötən ilin yayında İngiltərənin "Koventri" klubundan transfer edib. O, bu mövsüm Portuqaliya klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Viktor yığmada son oyununda millimizə 4 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC