"Berezutski “Sabah”da özünü yaxşı tərəfdən göstərsə, Rusiya klublarından da dəvət ala bilər"

Tanınmış rusiyalı futbol eksperti Aleksandr Tarxanov Vasili Berezutskinin “Sabah”ın baş məşqçi postuna təyinatını şərh edib.

Presssport.az xəbər verir ki, 70 yaşlı rusiyalı mütəxəssis millisinin sabiq müdafiəçisinin Azərbaycandakı karyerasının onun üçün tramplin ola biləcəyini hesab edir:

“Vasili Berezutski müstəqil işə hazırdı. “Sabah”ı sonradan digər komandalarda təcrübə qazanaraq “Krasnodar”a gələn Murad Musayev də çalışdırıb. Vasili “Sabah”da özünü yaxşı tərəfdən göstərsə, Rusiya klublarından da dəvət ala bilər. Berezutski hər zaman 2-ci məşqçi ola bilməz. Baş məşqçi olmaq üçün hardansa başlamaq lazımdı. O, Leonid Slutskinin yanında çox qaldı. Üstəlik, Azərbaycan Rusiyaya Çindən daha yaxındı. Orda da rus dilində danışırlar. Hər şeyin yaxşı olacağını dəqiq söyləmək mümkün deyil, ən azından "Sabah"da təcrübə qazanacaq".

Tarxanov məşqçilik karyerası ərzində “Paxtakor”, MOİK, “Torpedo” (hər ikisi Moskva), “Terek” (indiki “Axmat”), “Krılya Sovetov”, “Ximki”, “Ural”, “Yenisey”, “Slaviya" (Sofiya) klublarını çalışdırıb.

Xatırladaq ki, “Sabah” 42 yaşlı Berezutski ilə 2,5 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC