Berdıyev Türkiyə Super Liqa təmsilçisinin hücumçusunu "Turan Tovuz"da görmək istəyir

“Adana Dəmirspor”un və Qazaxıstan millisinin futbolçusu Abat Aymbetov karyerasını Azərbaycanda davam etdirə bilər.

Presssport.az Vesti.kz saytına istinadən xəbər verir ki, “Turan Tovuz” 29 yaşlı hücumçunun xidmətində maraqlıdı.

Belə ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev təcrübəli forvardı komandasında görmək istəyir.

Tovuz klubu hələ payızda keçidi həll etməyə çalışsa da, tərəflər “transfer pəncərəsi” bağlanana qədər müqavilə imzalaya bilməyib.

Onu da bildirəkl ki, Aymbetovun Türkiyə Super Liqa təmsilçisiylə sözləşməsinin müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, artıq yanvarda başqa klublarla danışıqlar apara biləcək. Hücumçu bu mövsüm klubunda 7 oyun keçirərək qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC