AFFA U-13 Liqasında çıxış edən 2 komandanı - “Sahil” və “Pambıqçı”nı texniki məğlubiyyətlə (0:3) cəzalandırıb.
Presssport.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya səbəb hər 2 komandanın təyin edilən vaxtda meydanda olmamasına görə oyunların baş tutmamasıdı. Noyabrın 23-də “Sahil” “Neftçi” ilə matça gəlmədiyi üçün komandaya texniki məğlubiyyət verilib. “Pambıqçı” isə ayın 13-də “Füzuli” ilə görüş üçün təyin edilən vaxtda meydanda olmadığı üçün cəzalandırılıb.
AFFA U-16 Liqasında noyabrın 22-də keçirilən “Dinamo” - “Şamaxı” görüşünün 65-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kamran Məhərrəmov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu hərəkətinə görə 4 oyun cəzalandırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC