Azərbaycan Güləş Federasiyası (AGF) Qazax şəhərində seminar keçirib.
Presssport.az AGF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.
Seminarın həm nəzəri, həm də praktiki hissəsi Qazax Olimpiya İdman Kompleksində baş tutub. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev seminarın regionda məşqçilərin bilik və bacarıqlarının təkmilləşməsinə böyük töhfə verəcəyini bildirib.
Hakimlər Kollegiyasının sədri Qərib Əliyev AGF-nin həyata keçirdiyi layihələrdən söz açıb, Qərb bölgəsinin Azərbaycan güləşində böyük rola sahib olduğunu qeyd edib.
Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov bu bölgədən olan həmkarlarına öz tövsiyələrini çatdırıb. Yerli mütəxəssislərin fikirləri dinlənilib, problemlər və onların həlli yolları səsləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra seminarda nümayiş etdirilən video görüntüləri şərh edən I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif görüşlərdə verilən hakim qərarlarına toxunub.
Tədbirin praktiki hissəsində Əlicanov sərbəst güləşdə ən çox istifadə edilən fəndlərin dəqiq icrasını nümayiş etdirib. Əhmədov isə yunan-Roma güləşində parterdə həyata keçirilən fəndləri və həmçinin, bu fəndlərdən müdafiə üsullarını göstərib.
Onu da bildirək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Gəncədə keçiriləcək
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC