Moskva MOİK-inin və SSRİ millisinin sabiq futbolçusu Vladimir Ponomaryov Vasili Berezutskinin “Sabah”ın baş məşqçisi təyin olunmasına münasibət bildirib.
Presssport.az xəbər verir ki, veteran futbolçunun fikrincə, Berezutski çoxdan baş məşqçi kimi fəaliyyətə başlamalı idi: “Tək başına işləməyin çoxdan vaxtı idi. Ümumiyyətlə, ilk mərhələdə hansı komandada çalışmağın fərqi yoxdu. Halbuki o, “Krasnodar”da Qonçarenkonun, Çində Slutkisinin yanında işləyirdi. Bunun xeyri yoxdu, boş vaxt itkisi idi”.
Xatırladaq ki, ilk dəfə baş məşqçi işləyəcək 42 yaşlı Berezutski “Sabah”la 2,5 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC