"Qarabağ" Avropa Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakıda Fransanın "Lion" klubunu qəbul edəcək.
Presssport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşıdakı oyundan gözləntilərini açıqlayıb.
- Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi, oyunçuların fərdi bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabah oyunboyu diqqətli olaq. Bu, çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək.
- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?
- Pis deyilıər. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədi. Bu gün və sabah qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından razıyam.
- "Lion" maddi və mənəvi cəhətdən çökmüş komandadır. Bu faktlar qələbə qazanmaq üçün şanslarınızı artırır?
- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də, kimin meydanda olması da bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəlincə, böhran oldu və ya olmadı, qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir, belə böyük klublarda maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Təcrübəmiz onu göstərir. Hansı ki, hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə olduğu halda, 1-2 futbolçusunu başqa kluba satırlar, problemləri həll olunur. Oyunçularının transfer dəyəri yüksəkdir. Belə fikirlərlə bu oyuna yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Belə düşüncələr olduqda qələbəyə göz yumulur. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Bu problemlər sadəcə söz-söhbətlərdir. Ona görə belə söz-söhbətlərə nə biz fikir verək, nə də siz.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC