AVRO-2024: Qrup mərhələsinin II turu start götürür

Almaniyada keçirilən AVRO-2024-də bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.

Presssport.az xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində Xorvatiya və Albaniya yığmaları arasında baş tutacaq. Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda II turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan milli komandaları görüşəcək. Bundestim turnirin açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonunda Şotlandiya - İsveçrə qarşılaşması keçiriləcək. Bu matç Helzenkirhen şəhərində reallaşacaq.

19 iyun

B qrupu

17:00. Xorvatiya - Albaniya

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

A qrupu

20:00. Almaniya - Macarıstan

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Şotlandiya - İsveçrə

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC