Stolüstü tennisçilərimiz Gürcüstanda beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək.

Presssport.az xəbər verir ki, yığmamız bu məqsədlə Gürcüstana yollanıb.

Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində 10 idmançı bacarığını göstərəcək.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli və Şəbnəm Mansurova etimadı doğrultmağa çalışacaq.

Beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC