Maçado həm tovuzlu azarkeşlərdən üzr istədi, həm də Millerdən: "Roderikə görə üzülürəm, onu vurmaq istəmirdim, verilən vərəqəyə gəlincə..."

Misli Premyer Liqasının son turunda ən maraqlı epizod Tovuzda yaşandı. Belə ki, “Araz-Naxçıvan”ın braziliyalı hücumçusu Ramon Maçado hesabı açdığı oyunda (2:1) bunadək rəqib müdafiəçi Roderik Miller xətər yetirdiyi epizoda görə meydandan qovula bilərdi. Amma FİFA referisi olan baş hakim Elçin Məsiyev bunu qırmızı, sarı vərəqə kimi dəyərləndirdi.

Bəs, Maçado bu haqda nə düşünür? O, Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşına müsahibəsində bir sıra məqamlara toxunub. 

- Tovuzda oynamaq nə dərəcədə çətindi?

  • - Çox çətindi. Süni örtükdə oynamağa öyrəşməmişik. Bildyiniz kimi, təbii otda məşq edirik, oynayırıq və sintetikə keçmişdik. 6 saat da yol gəlmişdik, yorğunluq vardı. Bilirdik ki, cari mövsümdə məğlubedilməz komandadı və ilk məğlubiyyətini bizdən aldılar. Həqiqətən çətin sınaq idi və sevinirəm ki, Tovuz səfərindən 3 xalal dönürük.
  • - Bəs, belə azarkeş kütləsi qarşısında oynamaq sənə bir futbolçu kimi ləzzət edir, yoxsa böyük təzyiq altında olduğunuzdan arzuolunmazdı?
  • - Yox, əksinə, çox yaxşıdı. Şəxsən mən xoşlayıram böyük kütlə qarşısında oynamağı. Çox istəyərdim ki, bizim azarkeşlər də Bakıda stadionda belə dəstək olsunlar. 
  • - Həmyerlin Felipe Santos qələbə topunu vurandan sonra bunu çılğın qeyd etməsiylə bir anlıq ara qarışdı, azarkeşlər meydana plastik butulkalar atdılar. Həmin epizodu necə şərh edərdin? Bu, futbolun bir gözəlliyidi, yoxsa Felipeni hərəkətinə görə qınayırsan?
  • - Felipedi, komanda yoldaşımdı, qol vurdu, bunu sevindi. Sadəcə, bunu bir az aşırı şəkildə qeyd elədi. Tovuzlu azarkeşləri də çox yaxşı başa düşürəm. Evdə oynamırıq, bu, səfər matçıdı və bu üzdən onu bəlkə bir az sakit şəkildə edə bilərdi. Lakin iki tərəfi də anlayışla qarşılamaq lazımdı. İstənilən halda, Santosa görə üzr istəyirəm. 
  • - Bəs, özünün qol epizodu yadında necə qalıb?
  • - Tam yadımda deyil. Yadımda olan odur ki, topu Nunu Qomeşə verdim, o da mənə qaytardı. Görürdüm ki. sağım-solum boşdu. Amma qola gedənə qədər düşünürdüm ki, ofsayddı. Bununla belə, öz-özümə dedim ki, istənilən halda, zərbəmi vurmalıyam. Vurdum, qol oldu, ofsayd da olmadı. 
  • - Ən nəhayət, oyun bitsə də, müzakirəsi bitməyən Roderik Millerə ciddi xəsarət yetirdin epizod haqda nə deyə bilərsən?
  • - Oyun bitən kimi baxımda videoya. Millerə görə üzülürəm və ondan üzr istəyirəm. Onu vurmaq istəmirdim, belə niyyətim də yox idi. Topa getdim, belə alındı. Topa oynamaq istəyirdim və ayağım başına tuş gəldi. 
  • - Bir çoxları bunun baş hakimim verdiyi kimi sarı, qırmızı vərəqə aldığını. Maraqlıdı, sən?
  • - Nə deyim, futbolçuyam, qərar verən hakimdi. O, bu epizodda sarı vərəqə verdi. Dediyim kimi, qərar hakimindi. Onu şərh edə bilmərəm ki, bu, sarı idi, yoxsa qırmızı vərəqə. Sadəcə, yenə də üzr istəyirəm Millerdən.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC