Abasov püşkdə asan rəqib gözləmirmiş: "...səfərə rahat yollanmaq istəyirik"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Macarıstanın “Fehervar” klubuyla ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini söyləyib: "Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadı. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".

Xatırladaq ki, sumqayıtlılar iulun 25-də evdə, avqustun 1-də səfərdə oynayacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC