“Fehervar”a qol vurmuş “Sumqayıt”lı püşkü uğurlu sayır: “Bu, revanş şansıdı"

“Səhər potensial rəqiblərin siyahısını görəndə ürəyimdən məhz “Fehervar” keçdi. Onlarla düşməyi çox istəyirdim”.

Presssport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov UEFA Konfrans Liqasının püşkünü dəyərləndirərkən deyib.

“Sumqayıt”a rəqib olan “Fehervar” Rövlan üçün tanış rəqibdir. Belə ki, o, 2 il əvvəl “Qəbələ”nin heyətində Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisinə qarşı oynayıb. Həmin matçlarda qol və məhsuldar ötürmə ilə yadda qalan Muradov budəfəki qarşıdurmaya revanş kimi yanaşır: “Həmin vaxt səfərdə uduzduq, Qəbələdə isə qalib gəldik. Lakin ümumi nəticədə rəqib mərhələ adladı. Mənim üçün həmin görüşlər uğurlu alınmışdı. Həm qol vurmuşdum, həm də məhsuldar ötürmə müəllifi olmuşdum. Yenidən onlarla qarşılaşmağı çox istəyirdim. Bu, bir növ revanş şansıdır”.

26 yaşlı futbolçu son 2 ildə “Fehervar”ın çox dəyişdiyini bildirib: “Əvvəlki komandadan əsər-əlamət qalmayıb. Bu gün səhər onların heyətlərinə baxdım. Bizə qarşı oynayan kollektivdən cəmi 2 futbolçu qalıb”.

Şansları bərəbər hesab edən “Sumqayıt”ın yarımmüdafiəçisi püşkü komandası üçün uğurlu adlandırıb: “Belə götürəndə püşkü bizim üçün uğurlu saymaq olar. Çünki digər potensial rəqiblər daha güclü idilər. Üstəlik, ölkələrinin aparıcı klubları idi. Məsələn, “Başakşehir” Türkiyənin 5 ən güclü komandasından biridir. Büdcə, heyət baxımından da bizdən üstündür. Odur ki, “Fehervar” daha münasib rəqibdir. Lakin indi bunu sözdə yox, meydanda sübut etməliyik”.

Rövlan Muradov yenidən macarları məyus etməyə çalışacağını bildirib: “Bütün gücümü meydanda qoyacam ki, yenidən macarları məyus edim. İstər qol, istərsə də məhsuldar ötürmələrlə komandamın uğurunda pay sahibi olmaq üçün əlimdən gələni edəcəm” (futbolxeber.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC