“Makkabi”nin bu cütün favoriti olduğu aydındı, lakin bu, o demək deyil ki, şansımız yoxdu" - Renduliç

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, bu mərhələdə İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq paytaxt klubunun xorvatiyalı çalışdırıcısı klubun saytına açıqlamasında mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacaqlarını vurğulayıb: “Makkabi”nin bu cütün favoriti olduğu aydındı. Lakin bu o demək deyil ki, şansımız yoxdur. İnanıram ki, özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC