"Sabah" "Makkabi"ylə səfər matçını Avropanın bu ölkəsində keçirəcək

"Sabah" Konfrans Liqasının Il təsnifat mərhələsində İsrail "Makkabi"si (Hayfa) ilə ilk oyununu Macarıstanda keçirəcək.

Presssport.az xəbər verir ki, bu barədə İsrail Futbol Federasiyası və İsrail Xarici İşlər Nazirliyi qərar qəbul edib. 

Belə ki, bu ölkədə müharibə davam etdiyi üçün sözügedən qurumlar klubların avrokuboklardakı ev oyunlarının keçirilməsinə görə Macarıstana müraciət edib.

Yekun qərara əsasən, Təl-Əviv və Hayfa "Makkabi"sinin, habelə "Hapoel"in avrokuboklardakı ev oyunları Macarıstanda təşkil olunacaq.

Xatırladaq ki, "Sabah" ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcək.

İkinci turun oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC