AVRO-2024: Almaniya millisi pley-offa vəsiqəni ilk təmin edən oldu

Bu gün AVRO-2024-də II tura start verilib.

Presssport.az xəbər verir ki, günün ilk oyununda B qrupunda Xorvatiya və Albaniya milliləri üz-üzə gəlib. Albanlar hesabı açdıqları görüşdə məğlubiyyətdən son anda qurtulub. Nəticədə hər 2 yığma final mərhələsində hesablarına ilk xallarını yazıb.

A qrupunda Almaniya Macarıstanla qarşılaşaraq inamlı qələbə qazanıb. Bundestim bununla da A qrupunda xallarının sayını 6-ya çatdırıb və qrup mərhələsinin sonuna 1 tur qalmış pley-offa vəsiqəni təmin edən ilk yığma olub. 

Günün son matçında isə Şotlandiyayla İsveçrənin görüşü heç-heçə başa çatıb.

19 iyun

B qrupu

17:00. Xorvatiya - Albaniya - 2:2

Qollar: Kramariç, 74, Qyasulya, 76-avtoqol - Laçi, 11, Qyasulya, 90+5

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq. “Folksparkştadion” stadionu.

A qrupu

20:00. Almaniya - Macarıstan - 2:0

Qollar: Musiala, 22, Gündoğan, 67

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart. "MHP Arena" stadionu.

23:00. Şotlandiya - İsveçrə - 1:1

Qollar: Mk Tominay, 13 - Şaqiri, 26 

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC