AVRO-2024: Bu gün İtaliya - İspaniya matçı var

Almaniyada keçirilən AVRO-2024-də bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

Presssport.az xəbər verir ki, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya yığmaları arasında baş tutacaq.

Slovenlər C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblarsa (1:1), serblər İngiltərəyə məğlub olub (0:1). 

Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə milliləri Frankfurtda münasibətlərinə aydınlıq gətirəcək.

Günün sonunda B qrupunda bötük maraqla gözlənilən İspaniya - İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq. İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya - Serbiya

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen. "Alyans Arena".

20:00. Danimarka - İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt. "Valdştadion".

B qrupu

23:00. İspaniya - İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen. "Feltins Arena".

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC